7 may 2024 at 11:04
Jurnalist kodu: 5564
Xəbər kodu: 85468702
T T
0 Persons

Tags

Əmir Abdullahian: ABŞ-ın qeyri-sabit davranışı İranla MAQATE arasındakı əməkdaşlığa təsir etməməlidir

Tehran - İRNA - Xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru ilə görüşdə Amerikanın İranın sülhməramlı nüvə proqramı ilə bağlı keçmiş razılaşmalardakı etibarsızlığını vurğulayaraq deyib: İran və MAQATE arasında əməkdaşlıq ABŞ-ın qeyri-sabit və ziddiyyətli yanaşma və davranışından təsirlənməməlidir.

İranın Atom Enerjisi Təşkilatının rəhbərinin dəvəti ilə İranın 30-cu Milli Nüvə Konfransı və Nüvə Elmləri və Texnologiyası üzrə Birinci Beynəlxalq Konfransda iştirak etmək üçün İrana səfər edən MAQATE-nin baş direktoru Rafael Qrossi, 6 may 2024, bazar ertəsi günü axşam saatlarında xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşdü. 

Əmir Abdullahian bu görüşdə vurğuladı: İrana səfəriniz xüsusilə regionun mürəkkəb və həssas şərtləri nəzərə alınmaqla, lazımi vaxtda edildi. 

Xarici işlər naziri MAQATE-nin mövqe və rolunun əhəmiyyətini vurğulayaraq əlavə edib: Zati-alilərinin MAQATE-nin baş direktoru kimi qərəzsiz və peşəkar mövqeyi, İran və MAQATE arasında əməkdaşlığa səmərəli yardımdan əlavə bölgədə davamlı təhlükəsizlik və sabitliyin qaytarılmasında da təsirlidir. 

Əmir Abdullahian Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru ilə görüşdə Amerikanın İranın sülhməramlı nüvə proqramı ilə bağlı keçmiş razılaşmalardakı etibarsızlığını vurğulayaraq deyib: İran və MAQATE arasında əməkdaşlıq ABŞ-ın qeyri-sabit və ziddiyyətli yanaşma və davranışından təsirlənməməlidir. 

Bu görüşdə MAQATE-nin baş direktoru da Tehrana səfərindən və İsfahan Nüvə Konfransında iştirakından məmnunluğunu ifadə edərək, regionda davamlı sabitlik və təhlükəsizliyin bərqərar olunmasında İranın rolu və mövqeyini mühüm və İranın MAQATE ilə güvən verici əməkdaşlığın rəsmən tanınması və gücləndirilməsinə yanaşmasını bu istiqamətdə qiymətləndirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .